Türkiyədə zəlzələ olub

Dünya

05.10.2019 - 05:05

Türkiyənin Muğla bölgəsində 4,1 bal gücündə zəlzələ olub

AYNA Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli Seysmoloji Mərkəzin məlumatında bildirilib.

Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 23:20-də qeydə alınıb.

Zəlzələnin episentri bölgənin Datça rayonundan 66 kilometr məsafədə olub. Yeraltı təkanların episentri təxminən 12 kilometr dərinlikdə müəyyən edilib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib..

Müəllif: Ayna.az