Hücum edənlər “Ransomware” proqramlarından istifadə ediblər
Hakerlər minlərlə “Visa” və “Mastercard” müştərisindən, eləcə də “JPMorgan Chase”dən məlumat oğurlayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, hücum edənlər “Ransomware” proqramlarından istifadə ediblər və məlumatlara üçüncü tərəf təşkilatı vasitəsilə daxil olublar - yəni maliyyə nəhənglərinin infrastrukturuna birbaşa müdaxilə etmədən. Lakin WSJ-nin qeyd etdiyi kimi, iştirak edən şirkətlərdən heç biri sistemlərinə hücum edilən konkret şirkətlərin adlarını açıqlamayıb.
“JP Morgan” öz növbəsində kiberhücumun bu həftənin əvvəlində bəzi müştərilərin yaşadığı xidmət kəsintiləri ilə əlaqəli olmadığını bəyan edib.