Braziliyada altı günlük iş həftəsi ləğv edilib

Dünya

20.11.2026 - 13:21

Prezident Luiz İnasio Lula da Silva beş günlük iş həftəsinə keçid haqqında fərman imzalayıb

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva altı günlük iş həftəsini ləğv edərək beş günlük iş həftəsinə keçid haqqında fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, bu, hökumətin rəsmi saytında elan edilib.

"Prezident 6x1 iş qrafikinin (altı iş günü və bir gün istirahət) ləğvini tənzimləyən fərman imzaladı", - deyə qeyd olunub.

Bildirilib ki, fərmana əsasən, işçilər əmək haqqının azaldılması olmadan həftədə iki ödənişli məzuniyyət hüququna malik olacaqlar.

Yeni sistem beş iş günü və iki istirahət günü olan cədvələ keçidi nəzərdə tutur. Bundan əlavə, iş həftəsi iki mərhələdə azaldılacaq: 16 dekabr 2026-cı ildən etibarən 44 saatdan 42 saata, 2027-ci ilin dekabrından etibarən isə 40 saata.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş