Yəməndə yerli əhali silahlı hücuma məruz qalıb

Dünya

29.08.2019 - 20:06

Həkimlər Klinikalar SEO Xidməti

10 nəfər ölüb

 

Yəmənin Sərhədsiz Həkimlər Təşkilatı (MSF) bir sıra xəstəxanalara 51 nəfər yaralı şəxsin yerləşdirildiyini açıqlayb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bütün müdaxilələrə rəğmən yaralılardan 10-un öldüyü qeyd olunub.

 

Yəmən Xarici İşlər nazirinin müavini Məhəmməd əl-Hədrami, hadisənin ölkənin müvəqəti paytaxtı Ədən və şərqi Əbyən əyalətində baş verdiyini söyləyib. Onun sözlərinə görə yerli əhali Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) silahlı hücumuna mərzu qalıb.

 

Hadisə ilə bağlı Ərəb Koalisiyasına müraciət edən Hadrami, Səudiyyə Ərəbsitan hökumətini də qınamaqdan çəkinməyib: “Səudiyyə hökuməti, aramızda heç bir qarşıdurma olmayacağı təqdirdə Yəmənin yanında olacağını bildirmişdi” - deyə, nazir müavini əlavə edib.  

Müəllif: Ayna.az