İran üçün kritik 48 saat: Geri sayım başladı

Dünya

19.09.2019 - 12:38

Tramp və Conson Tehrana qarşı əməkdaşlığı müzakirə edib

 

Britaniyanın Baş Naziri Boris Conson ilə ABŞ Prezidenti Donald Tramp arasında, Səudiyyədə baş verən hadisə üzrə telefon danışığı olub. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, liderlər Səudiyyənin neft obyektlərinə edilən hücumu qınayıb və vahid diplomatik reaksiya mövzusunu müzakirə ediblər.

 

Ağ Evdən verilən məlumata görə, iki lider ümumi təhlükəsizliklə bağlı narahatlıqlarını dilə gətirib və İranın sabitliyi pozan davranışlarının qarşısını almaqda əməkdaşlığın vacib olduğunu qeyd edib.

 

Tramp bildirib ki, İrandan qisas almaq üçün bir çox variant var: “İrana qarşı nəzərdə tutulan sanksiyaları 48 saat ərzində açıqlamağı düşünürük”.

 

Qeyd edək ki, ötən həftə yəmənli husilər tərəfindən Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinə hücum təşkil olunmuş və şirkətin tabeliyində olan iki neft zavodunda partlayış baş vermişdi. İran isə baş verən hadisəni dəstəkləyərək Səudiyyəyə xəbərdarlıq etmişdi.

Müəllif: Ayna.az