Tramp Rusiya ilə bağlı qərar verib

Dünya

21.08.2019 - 20:17

"Çünki Rusiya ilə bağlı çoxlu müzakirələr aparacağıq”

 

ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Tramp, Rusiyanın G7 sammitində iştirak etməsinə razılıq verib.

 

AĞ evdə jurnalistlərə açıqlama verən Tramp, sələfi Barak Obamadan fərqli olaraq, Rusiyanın “Böyük Səkkizlik”də qalmasınının tərəfdarı olduğunu bildirib: “Düşünürəm ki, Rusiyanın bu mərasimdə iştirak etməsi məqsədəuyğundur. Çünki Rusiya ilə bağlı çoxlu müzakirələr aparacağıq”.

 

Vladimir Putin də öz növbəsində G7 sammitində iştirak edəcəyindən məmnun qaldığını vurğulayıb.

 

Qeyd edək ki, Rusiya Krımı işğal etdiyi üçün 2014-cü ildə “Böyük Səkkizlik”-dən qovulmuşdu.

Müəllif: Ayna.az