Ruhanidən ABŞ-a müharibə xəbərdarlığı

Dünya

06.08.2019 - 14:35

“Cəbəllütariq boğazını bizə bağlasalar, Hörmüz boğazı onlara açıq olmayacaq”

 

İran prezidenti Həsən Ruhani Xarici İşlər Nazirliyinin binasında ABŞ rəsmiləri ilə görüş keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani ABŞ-ın İrana qarşı sanksiyalar mövzusunda ciddi olduğunu vurğulyıb.

 

İran prezidenti Vaşinqton adminstarasiyasını siyasi mövzuda ittiham edərək, İranın hər şeyə rəğmən danışıqlara hazır olduğunu da vurğulayıb.

 

"ABŞ həqiqətən də danışıqlar aparmaq istəyirsə, ilk növbədə sanksiyaları ləğv etməlidir", - deyə Ruhani qeyd eləyib.

 

İngilis gəmilərinin Fars körfəzində qaydaları pozmasına da münasibət bildirən Ruhani ingilis administrasiyanı məsələyə göz yumduğu üçün ittiham edib.

 

“Cəbəllütariq boğazını bizə bağlasalar, Hörmüz boğazı onlara açıq olmayacaq”, - deyə Ruhani məsələyə münasibət bildirib.

Müəllif: Ayna.az