Mkrtçyan Ermənistanın Rusiyadakı səfiri təyin edilib

Dünya

21.11.2026 - 00:22

Qurgen Arsenyan səfir vəzifəsindən geri çağırılıb

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə Samvel Mkrtçyan Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, başqa bir fərmanla onun sələfi Qurgen Arsenyan bu vəzifədən geri çağırılıb.

Arsenyan Ermənistan Prezidentinin 15 avqust 2024-cü il tarixli fərmanı ilə Ermənistan Respublikasının Rusiyadakı səfiri təyin edilib.

Samvel Mkrtçyan 17 may 1959-cu ildə İrəvanda anadan olub. O, İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1991-ci ildən diplomatik xidmətdədir.

1994-cü ildən 2000-ci ilə qədər ATƏT-dəki Ermənistan Missiyasının rəhbərinin müavini, 2000-ci ildən 2004-cü ilə qədər Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Avropa Departamentinə, 2004-cü ildən 2010-cu ilə qədər NATO-dakı Ermənistan Missiyasına və 2011-ci ildən 2016-cı ilə qədər Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik Departamentinə rəhbərlik edib.

2016-cı ildən 2018-ci ilə qədər Ermənistanın Livanda, 2018-ci ildən 2023-cü ilə qədər isə Polşada səfiri vəzifələrində çalışıb. Varşavada diplomatik missiyasını başa vurduqdan sonra Ermənistan Xarici İşlər Nazirliyinin Avropa Departamentinə rəhbərlik edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş