İranlı hərbçilər Böyük Britaniya gəmisinə hücum edib

Dünya

11.07.2019 - 11:18

Neft gəmisini ələ keçirməyə çalışan iranlı hərbçilər 5 qayıqla hərəkətə keçiblər

 

İranlı hərbçilər Böyük Britaniyaya məxsus neft gəmisinə hücum edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, amerikalı rəsmilərin açıqlamalarına görə hücum Hörmüz boğazının şimalında gerçəkləşib. 

 

Qeyd olunur ki, neft gəmisini ələ keçirməyə çalışan iranlı hərbçilər 5 qayıqla hərəkətə keçiblər.

 

Bölgədəki, krallığa məxsus hərbi gəmilər dərhal əraziyə cəlb edilib. Və onların xəbərdarlığından sonra iranlı əsgərlər geri çəkilməyə məcbur olublar.

 

Hələ ki, Britaniyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

 

Qeyd edək ki, ötən həftə tərəflər arasında vəziyyət gərginləşib. Səbəb isə İrana məxsus neft gəmisinin Böyük Britaniya tərəfindən ələ keçirilməsi olub.  

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə