Özəlləşdirmə çekləri: yüzminlər Milli Məclisdən cavab gözləyir

Aktual

09.07.2026 - 11:34

“Bu, milyonlarla insan üçün bir mesaj olacaq ki, dövlət öz qanunlarına sadiqdir”

“Facebook”da 42 000 ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu adından Milli Məclisə müraciət olunub. Çek sahibləri bütün ziyalılardan, QHT rəbərlərindən, jurnalistlərdən və hüquqşünaslardan xahiş edirlər ki, Milli Məclisə ünvanlanan müraciətə cavab verilməsində onlara yardımçı olsunlar.

Cari ay ərzində yüzlərlə ailə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahib Qafarovaya və deputatlara müraciət edərək cavab gözləyir. Məsələ həm özəlləşdırmə payları və çekləri ilə, həm də dövlətçilik, qanunvericilik, tarixi sosial-iqtisadi ədalətlə bağlıdır. Müraciətdə eyni zamandə problemin ədalətli həllinin Azərbaycan Respublikasının iqtisadiyyatına, dövlətçiliyinə və xalqın rifahına verəcəyi strateji faydaları barədə ətrfalı məlumat verilir və Milli Məclisin səlahiyyətləri daxilində problemin araşdırılması xahiş olunur.

Lakin bu günə qədər Milli Məclisdən və deputatlardan xahiş olunan konkret tələblər cavabsız qalıb.

Müraciəti sizlərə təqdim edirik:                                                                                                                                                                               

Hörmətli Sahibə xanım,

Biz, Dövlət Özəlləşdirmə Payları sahibi olan və “Facebook”da onminlərlə ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupunun nümayəndələri vaxtilə dövlət tərəfindən qanunla verilmiş özəlləşdirmə paylarının və özəlləşdirmə çeklərinin hüquqi taleyi ilə bağlı yaranmış ciddi və uzunmüddətli problemi nəzərə alaraq, Sizə müraciət edirik.

Öncə “Facebook”da 42 min ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupunun nümayəndələri kollektiv şəkildə Sizə şikayət ünvanlamışdır. Lakin bu şikayət məqsədli şəkildə Sizə çatdırılmamışdır və Milli Məclis adından Konstitusiya Məhkəməsinə müraciət etmək əvəzinə, 20 may 2026-cı il tarixində  Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin müdiri Məhəmməd Bazıqov tərəfindən baxılması ücün İqtisadiyyat Nazirliyinə göndərilmişdir.

Sizdən çox xahiş edirik, bizim şikayətimizin dövlətçilik, qanunvericilik, Konstitusiya və hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq, qaldırdığımız əsas hüquqi və konstitusion məsələlər mahiyyəti üzrə araşdırılması və şikayətin cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin.

Sizə bildirmək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı bir qrup müharibə və əmək veteranı tərəfindən özəlləşdirmə payları (çekləri) barədə məhkəmələrdə qaldırdığı şikayət bu işdə maraqlı olan korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib.

BİRİNCİ

Məhkəmələr özləri qanun və Konstitusiya pozuntusu edir. Bu vəziyyət vətəndaşlarda məhkəmə araşdırmasının obyektivliyi barədə narahatlıq yaratmışdır.

  1. Sizə bildirmək istəyirik ki, bir qrup müharibə və əmək veteranı tərəfindən Özəlləşdirmə Payları (çekləri) barədə məhkəmələrdə qaldırılan şikayət Ramiz Mehdiyevlə əlaqəli korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib. 2010-2017-ci illərdə qiymətli kağızların dövriyyədən çıxarılmasına qanunvericiliklə cavabdeh dövlət orqanlarının rəsmi sənədləri ilə Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığının təsdiq olunmasına baxmayaraq, məhkəmələr öz əsaslandırmalarında qərəzli şəkildə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şifahi-yalan məlumatı əsasında Özəlləşdirmə Çeklərinin 2011-ci il 1 Yanvardan dövriyyədən çıxarıldığını yazaraq, işin araşdırılmasından imtina qərarı çıxarıblar və eyni zamanda şikayətimizin əsası olan FƏRMAN ilə QANUN arasında olan ziddiyyət araşdırılması üçün Konstitusiya Mıhkəməsinə göndərilməyib.
  2. Fərman ilə qanun arasında olan ziddiyyətin araşdırılması ücün Konstitusiya Məhkəməsinə bir qrup müharibə və əmək veteranları tərəfindən 2 Aprel 2026-ci ildə etdiyi şikayət korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində Konstitusiya Məhkəməsinin Palatası tərəfindən 9 İyun 2026-ci ildə çıxardığı Konstitusiya və qanunlara zidd Qərardad ilə qanunla fərman arasında olan ziddiyyətin araşdırılmasından imtina edilib.

Hörmətli Sahibə xanım!

Konstitusiya Məhkəməsi Palatasının işə mahiyyəti üzrə baxılmasından imtina etməsi nəticəsində qaldırdığımız əsas konstitusion sual bu gün də cavabsız qalmışdır. Halbuki şikayətin predmeti konkret fərdi mübahisə deyil, normativ hüquqi aktlar arasında ziddiyyət məsələsidir. Qüvvədə olan qanunla vətəndaşlara verilmiş əmlak xarakterli hüququn Prezident fərmanı ilə məhdudlaşdırılmasının Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələrinə uyğun olub-olmaması məsələsi hüquqi müəyyənlik naminə aydınlaşdırılmalıdır.

Konstitusiya Məhkəməsi Palatasının araşdırmadan imtina etməsi həmin hüquqi ziddiyyəti aradan qaldırmır və əsas konstitusion suala cavab vermir.

Hörmətli Sahibə xanım və deputatlar!

Konstitusiya Məhkəməsinin Palatası qanunla fərman arasındakı ziddiyyətin mahiyyətinə baxmayıb. Əsas konstitusion sual cavabsız qalıb:

Qanunla verilmiş əmlak hüququ fərmanla məhdudlaşdırıla bilərmi?

Qüvvədə olan qanunun norması fərmanla tətbiqdən çıxarıla bilərmi?

Bu səbəbdən qanunvericilik orqanı və Konstitusiyanın qarantı kimi məsələnin Konstitusiya Məhkəməsində tam araşdırılmasına Milli Məslis tərəfindən təşəbbüs göstərilməsi vacibdir. Məsələ təkcə özəlləşdirmə çekləri deyil, normativ aktların iyerarxiyası və Konstitusiyanın aliliyi məsələsidir.

Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin olunmasının qarantı kimi Sizdən xahiş edirik ki, məsələnin tam və hərtərəfli konstitusion-hüquqi qiymət alması üçün Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri çərçivəsində bu məsələni Konstitusiya Məhkəməsi qarşısında qaldırasınız. Hesab edirik ki, söhbət təkcə özəlləşdirmə çeklərindən deyil, Azərbaycan Respublikasında qanunun aliliyi, normativ aktların iyerarxiyası və vətəndaşların qanunla tanınmış əmlak hüquqlarının müdafiəsi məsələsindən gedir. Əgər dövlət tərəfindən vətəndaşa qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən faktiki olaraq istifadə olunmaz vəziyyətə salınırsa, Milli Məclis bu hüququn hüquqi taleyini müəyyən etməyə borcludur.

Milli Məclisin cavab verməli olduğu əsas suallar bunlardan ibarətdir:

- Qüvvədə olan Azərbaycan Respublikası Qanununun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident Fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi?

- Qüvvədə olan Qanunla müəyyən edilmiş vətəndaşın əmlak hüququ qanun dəyişdirilmədən Prezident Fərmanı və inzibati təcrübə ilə faktiki olaraq tətbiqdən çıxarıla bilərmi?

- Əgər Qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmamışdırsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident Fərmanı ilə istifadəsinin dayandırılması normativ aktların iyerarxiyası prinsipinə uyğun hesab edilə bilərmi?

Hesab edirik ki, yüzminlərələ vətəndaşın konstitusion hüquqları ilə bağlı bu şikayət Milli Məclisdə müzakirəyə çıxarılmalıdır və komitələrdə geniş müzakirə keçirilməlidir.

Çox sağ olsunlar ki, bu günə qədər 60-dan çox deputat mətbuat vasitəsilə özəlləşdirmə çekləri barədə xalqa dəstəyini ifadə edib. Bəziləri 30 il müddət keçdiyini nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə inflyasiyadan qorunan əmlak (maddi) ekvivalent dəyəri manatla müəyyənləşdirilərək, ya qanunauyğun şəkildə ödəmə vasitəsi kimi istifadə olunmasının, ya da kompensasiya verilməsinin vacibliyini söyləyirlər. Lakin görünən odur ki, həm Milli Məclisdə, həm də hökumətdə olan bəzi maraqlı qüvvələr bu problemin Milli Məclisdə geniş müzakirəsinə imkan vermirlər.

Hesab edirik ki, Milli Məclisdə geniş müzakirə vaxtı çoxdan çatmışdır və ən azı Milli Məclis adından Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Diqqət edin: qanun bu gün də qüvvədədir və çeklərin ödəmə vasitəsi olduğu birbaşa qanuna tənzimlənib. Qanunda çeklərin ümumi ləğvi yoxdur və fərman qanunu dəyişdirə bilməz. Buna baxmayaraq, qanunda göstərilən qaydaya zidd olaraq – çeklərdən faktiki istifadəyə imkan verilmir.

Bu müraciətimizin məqsədi ayrı-ayrı şəxslərin şəxsi marağını deyil, minlərlə vətəndaşın qanunla tanınmış əmlak hüquqlarının, sosial ədalətin və hüquqi müəyyənlik prinsipinin qorunmasını xahiş etməkdir. Biz bu müraciəti qarşıdurma yaratmaq məqsədilə deyil, hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qanunla verilmiş hüquqlarımızın hüquqi taleyinin aydınlaşdırılması üçün təqdim edirik. İnanırıq ki, Azərbaycan Respublikasında qanunun aliliyi və Konstitusiyanın üstünlüyü prinsipləri təmin olunmalı və vətəndaşların qanunla tanınmış hüquqları hüquqi müəyyənlik şəraitində qorunmalıdır.

Hörmətli Sahibə xanım!

Sizdən çox xahiş edirik, bizim şikayətimizin Dövlətçilik, Qanunvericilik, Konstitusiya və Hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq, qaldırdığımız əsas hüquqi və konstitusion məsələlər mahiyyəti üzrə araşdırılması və şikayətin cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin. İqtisadiyyat Nazirliyinə nə vaxtdan dövlətçiliyə və qanunvericiliyə aid olan problemi həll etmək səlahiyyəti verilib?

Burada normativ ziddiyyət, hüquqi müəyyənlik, mülkiyyət hüququ və legitim gözlənti problemi var.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşlara qanunla özəlləşdirmə payları verilmiş, həmin paylar özəlləşdirmə çekləri formasında rəsmiləşdirilmişdir. Bu çeklər sadəcə qiymətli kağız sənədi deyil, dövlət tərəfindən verilmiş, müəyyən iqtisadi dəyərə malik, vətəndaşın dövlət əmlakının özəlləşdirilməsində iştirak hüququnu təsdiq edən hüquqi-iqtisadi sənəd olmuşdur.

Özəlləşdirmə çeklərinin dövriyyəsi, tədavül və ödəmə-tədiyyə vasitəsi olması bir-birindən tam fərqli üç hüquqi anlayışlardır. Təəssüf ki, deputatlarımızın bir çoxu, hətta hüquqşünaslarımızın bir çoxu bunu bilmir.

Vətəndaşlar həmin çekləri dövlətə, qanunla verilmiş hüquqi təminatlara – Ulu Öndər Heydər Əliyevin Xalqa vəddinə inanaraq satmayıb, yəni tədavül vasitəsi kimi istifadə etməyib (satmayıb, girov qoymayıb və s.) və ödəmə vasitəsi kimi yüksək gəlirli müəssisələrin özəlləşdirilməsinə iştirak etmək üçün saxlayıblar. Lakin sonrakı illərdə yaranmış hüquqi vəziyyət nəticəsində həmin çeklərdən istifadə imkanları faktiki olaraq məhdudlaşdırılmış, çoxsaylı vətəndaşların hüquqları qeyri-müəyyən vəziyyətdə qalmışdır.

Diqqət edin: çeklərin ödəmə vasitəsi kimi istifadəsi fərmanla dayandırılıb və çeklər qanunla dövriyyədən çıxarılmayıb.

Özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunur” ifadəsi yazılmışdır və onların üzərində istifadə müddəti göstərilməmişdir. Bu, vətəndaşlarda yaranmış qanuni gözləntinin əsaslarından biridir.

Hesab edirik ki, Xalqın Miras Əmlak Payı ilə bağlı olan bu məsələ yalnız fərdi şikayət predmeti deyil, həm də geniş ictimai, tarixi, mənəvi, sosial və qanunvericilik əhəmiyyəti daşıyan məsələdir. Çünki söhbət minlərlə vətəndaşa dövlət tərəfindən verilmiş hüququn sonrakı hüquqi taleyindən və Tarixi Ədalətdən gedir.

Müraciətimizin əsasları – deputatların hamısının bilməsi vacib olan məsələlər:

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bununla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu. Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırılmışdır və Özəlləşdirmə haqqında Qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edilmişdir.

Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:

  • investisiya qiymətli kağızı funksiyası
  • bazar tədavülü funksiyası
  • dövlət əmlakının əldə edilməsi üçün ödəniş vasitəsi funksiyası
  • mülkiyyət hüququnu təmsil edən hüquqi sənəd funksiyası.

Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları

1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;

Həmin Qanunun 10-cu maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir və imperativ qayda olan bu norma bu gün də qüvvədədir.

Eyni zamanda bu gün qüvvədə olan, Özəlləşdirmə haqqında Qanunun icrası ücün hazırlanmış - Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində açıq şəkildə göstərilir ki: “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır.”

Həmin Əsasnamənin 4-cü bəndində müəyyən olunur ki, çeklər yalnız özəlləşdirmə obyektlərinin alınması məqsədilə istifadə edildikdən sonra dövriyyədən çıxarılır və silinir.

Maddə 12. Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət özəlləşdirmə çeklərinin və dövlət özəlləşdirmə opsionlarının tədavüldən çıxarılması

Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir.

Deməli, Qanun aydın şəkildə deyir ki, yalnız ödəmə vasitəsi kimi təqdim olunmuş (istifadə edilmiş) çeklər tədavüldən çıxarıla bilər. Vətəndaşın əlində qalan istifadə olunmamış çeklər hələ bu mərhələyə çatmayıb. 

Bu isə o deməkdir ki, qanunvericilik özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının konkret hüquqi mexanizmini müəyyən etmişdir və bu mexanizm yalnız onların istifadə edilməsindən sonra tətbiq olunur.

Özəlləşdirmə çeki dövlət tərəfindən vətəndaşa verilmiş adsız qiymətli kağızdır (mülkiyyətdir). Dövlətin verdiyi mülkiyyəti, kompensasiya ödəmədən və ya məhkəmə qərarı olmadan sadəcə "vaxt bitti" deyərək dəyərsizləşdirmək birbaşa mülkiyyət hüququnun pozulmasıdır.

Məmurlar və icra hakimiyyəti orqanları öz qərarlarını qanuna deyil, sub-qanunvericilik aktlarına (məsələn, vaxtilə qəbul edilmiş II Dövlət Proqramının müddətlərinə və fərmanlara) əsaslandırırlar. Lakin hüquq iyerarxiyasında heç bir fərman qüvvədə olan fundamental qanundan və Konstitusiyadan üstün tutula bilməz!

Ümumiyyətlə, “dövriyyə müddəti” ilə “mülkiyyət hüququnun ləğvi” eyni şey deyil, heç bir qanunda çeklərin hüquqi qüvvəsinin tam itirilməsi yazılmayıb, qanunvericilikdə yalnız istifadə olunmuş çeklərin dövriyyədən çıxarılması nəzərdə tutulurdu.

Bu, o deməkdir ki, ciddi hüquq pozuntusu var!

Xüsusi QEYD! Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasəti: 7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayındakı (https://lib.aliyevheritage.org/az/4962292.html) çıxışının YEKUN hissəsində xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata keçirilməsindən asılı olmayaraq, hətta 15-20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır və istədiyi kimi istifadə etməlidir. Ulu Öndər Heydər Əliyevi ən çox narahat edən sual: Bəs, bu, necə olacaq?

“Özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata keçirilməsindən asılı olmayaraq, hətta 15-20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır” – bu, həm Ulu Öndər Heydər Əliyevin, həm də dövlətin tarixi ədalət və iqtisadi siyasətinin əsası idi. Konstitusiya və qəbul olunmuş qanunlar bu siyasətin həyata keçirilməsinin əsasını təşkil edir.

Hətta dövlətin ən kasıb vaxtında (büdcədə heç 700 milyon dollar olmayan vaxtı) Ulu Öndərin tarixi ədalət və iqtisadi siyasəti nəticəsində, qanunla bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-nin özəlləşdirmə çekləri ilə əvəzlənərək xalqa – vətəndaşlara verilməsinə dövlət təminatı verildi.

Diqqət edin: əgər qanun qüvvədə qalıbsa - özəlləşdirmə çekləri qanunla ödəmə vasitəsidirsə və özəlləşdirmə davam edirsə, qarşıda böyük özəlləşdirmə başlayacaqsa, onda çeklərin ödəmə vasitəsi kimi istifadəsinin yalnız fərmanla dayandırılması Ulu Öndər Heydər Əliyevin və Dövlətin qanunla müəyyən edilmiş özəlləşdirmə siyasətinin dəyişdirilməsi və ya ona zidd tətbiqi kimi qiymətləndirilə bilər.

Göründüyü kimi, hətta 2000-ci ildə qəbul olunmuş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun Özəlləşdirmə Payları (çekləri) üçün başqa qiymətli kağızlardan fərqli olaraq, dövriyyədə onların istifadəsini yalnız tədavül vasitəsi kimi deyil – eyni zamanda dövriyyədə olduğu müddətdə bütün özəlləşdirmə dövrü üçün iqtisadi alət kimi ödəmə vasitəsi olduğunu birbaşa tənzimləmişdir.

Xüsusilə qeyd edək ki, Belarus Respublikasında özəlləşdirmə bizdən əvvəl başlayıb, bu gün də çeklər tədavül vasitəsi kimi deyil, ödəmə vasitəsi kimi istifadə olunur və özəlləşdirmə çeklərinin nominal qiyməti hər il indeksasiya olunur.

Biz xüsusilə vurğulamaq istəyirik ki, məsələ təkcə maddi maraq məsələsi deyildir. Burada söhbət:

— dövlət tərəfindən vətəndaşlara verilmiş hüququn hüquqi taleyindən;

— qanunun aliliyinə olan inamdan;

— dövlət-vətəndaş münasibətlərində hüquqi müəyyənlik prinsipindən;

— minlərlə insanın legitim gözləntilərindən gedir.

Minlərlə vətəndaş bu hüquqi təminata, dövlətin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır. Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.

Biz hesab edirik ki, bu vəziyyət:

— Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə;

— 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması prinsipinə;

— 60-cı maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə hüququna;

— 71-ci maddəsində müəyyən olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi vəzifəsinə;

— 149-cu maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyasına uyğunluq baxımından ciddi hüquqi qiymətləndirmə tələb edir.

Konstitusiyanın 147 və 149-cu maddələrinə görə Konstitusiya və qanunlar normativ hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz.

Gözəl bilirsiniz ki, heç bir fərman qanun maddəsini nə məhdudlaşdıra – nə də ləğv edə bilər. Ən əsası Konstitusiyanın 94-cü maddəsi və Mülki Məcəllənin 153.3-cü maddəsi ilə qoyulmuş qaydaya əsasən, mülkiyyət hüququnun əldə olunması, məhdudlaşdırılması və xitamı yalnız qanunla müəyyən edilə bilər.

Lakin 75 nömrəli fərmanın tətbiqi nəticəsində özəlləşdirmə çeklərinin hüquqi statusu və istifadəsi ilə bağlı Konstitusiya və qüvvədə olan qanunvericilik baxımından hüquqi qeyri-müəyyənlik yaranmışdır. Bu yanaşmanın qüvvədə olan qanunvericiliyin məqsəd və mahiyyəti ilə uyğunluğu ciddi hüquqi qiymətləndirmə tələb edir.

Bu vəziyyətin Konstitusiyanın mülkiyyət hüququ, hüquqi müəyyənlik və qanunun aliliyi prinsipləri baxımından ciddi hüquqi mübahisə doğurduğunu hesab edirik.

Bəzi normativ aktlarda özəlləşdirmə çeklərinin tədavül müddətinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Özəlləşdirmə çeklərinin alqı-satqısına aid tədavül mexanizmi müəyyən müddətlə məhdudlaşdırıla bilər. Onların tədavül müddəti yalnız bazar əməliyyatlarının müddətini müəyyən etmişdir. Lakin tədavül müddətinin məhdudlaşdırılması həmin çeklərin hüquqi mahiyyətini və onların yaratdığı mülkiyyət xarakterli hüquqları aradan qaldırmır - çeklərin təmsil etdiyi mülkiyyət hüququnun avtomatik olaraq ləğv edilməsi anlamına gəlmir.

Mülkiyyət hüququ həm Azərbaycan Respublikası Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunur və dövlətin yaratdığı qanuni gözləntilər əsassız olaraq aradan qaldırıla bilməz. Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsipə görə, tədavül müddəti yalnız bazar ticarətinin müddətini müəyyən edir. Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsip belədir: qiymətli kağızın ticarət funksiyası ilə onun ödəniş funksiyası bir-birindən müstəqildir.

Diqqət edin: European Court of Human Rights praktikası; European Convention on Human Rights Protocol No. 1 1-ci maddəsi; "legitimate expectation" (qanuni gözlənti) prinsipi; dövlətin yaratdığı əmlak xarakterli hüquqların sonradan əsassız məhdudlaşdırılmasının beynəlxalq standartlara uyğunluğu Konstitusiyayanın tələbidir.

Bu səbəbdən çek sahiblərinin onları ödəniş vasitəsi kimi istifadə etmək hüququ qorunmalıdır. Bu, o deməkdir ki:

  • çeklər dövlət müəssisələrinin əldə edilməsi üçün təqdim edilə bilirdi
  • çek sahibi qanunla dövlət əmlakının əldə edilməsində iştirak etmək hüququna malik idi. Bu hüquq bazar tədavülündən müstəqildir.

AR Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanla imzaladığı “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” ilə  Özəlləşdirmə Çeklərinin Tədavül müddətinin başa çatması yalnız aşağıdakı nəticələri doğurur:

  • yeni investorların çek əldə etməsi mümkün olmur;
  • bazarda alğı-satqı əməliyyatları dayandırılır.

Lakin bu, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi hüquqların ləğvi demək deyil.

Ən əsası, tədavül (circulation) – çeklərin özəlləşdirmə prosesində istifadə müddəti ilə bağlı məsələdir. Dövriyyə (civil turnover/hüquqi dövriyyə) – qiymətli kağızın hüquqi mövcudluğu, hüquq obyekti olması və qanunla dövriyyədən çıxarılıb-çıxarılmaması ilə bağlı məsələdir.

Əgər qanunla həmin aktivlərin dövriyyədən çıxarılması və ya hüquqi qüvvəsinin ləğv edilməsi barədə açıq norma mövcud deyilsə, bu hüquq hüquqi baxımdan mövcudluğunu davam etdirir.

Tədavül və ödəniş funksiyaları müxtəlif hüquqi kateqoriyalardır. Tədavül müddətinin başa çatması yalnız çeklərin sərbəst alqı-satqısına aid ola bilər. Bu isə onların özəlləşdirmə prosesində hüquqi aktiv kimi mövcudluğunu avtomatik olaraq aradan qaldırmır.

Əgər çeklərin ödəniş vasitəsi kimi istifadəsi məhdudlaşdırılarsa və ya faktiki olaraq aradan qaldırılarsa, bu halda vətəndaşların həmin çeklər vasitəsilə dövlət əmlakında iştirak hüququ da məhdudlaşdırılmış olur. Bu isə mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

Qanunla özəlləşdirmə çekləri ilə 65%-i xalqa məxsus dövlət əmlaklarının ancaq pulla özəlləşdirilməsinin qanunvericiliyə uyğunluğu və vəzifəli şəxslərin məsuliyyəti ayrıca hüquqi qiymətləndirmə tələb edir.

Xüsusi məlumat: Hesab edirik ki, özəlləşdirmə çekləri ilə bağlı sonrakı hüquqi və inzibati yanaşmalar nəticəsində qanunun mahiyyəti tam şəkildə təmin olunmamış, nəticədə normativ aktlar arasında hüquqi qeyri-müəyyənlik yaranmışdır. Güman edirik ki, məsələnin Konstitusiya və qanunvericilik baxımından bütün nəticələri dövlət rəhbərliyinə obyektiv və dolğun şəkildə təqdim edilsəydi, bu qədər uzunmüddətli hüquqi mübahisə formalaşmazdı.

Heç bir Qanunda çeklərin hüquqi qüvvəsinin tam itirilməsi yazılmayıb. Bu o deməkdir ki, özəlləşdirmə prosessində ciddi hüquq pozuntusu var!

İKİNCİ

Özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün verilmişdir. Əgər bu hüquq tam şəkildə həyata keçirilməyibsə, dövlət orqanları və qanunverici hakimiyyət bu hüququn ədalətli həlli üçün mexanizm yaratmalıdır.

ÜÇÜNCÜ

Bu məsələ uzun müddətdir həll edilmədiyindən, artıq yalnız inzibati məsələ kimi deyil, həm də qanunvericilik səviyyəsində qiymətləndirilməli olan problem kimi meydana çıxmışdır. Vətəndaşlarda dövlət tərəfindən verilmiş özəlləşdirmə paylarının gələcəkdə qanunla nəzərdə tutulmuş qaydada istifadə ediləcəyi ilə bağlı legitim gözlənti formalaşmışdır. Bu gözləntinin uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz.

DÖRDÜNCÜ

Vətəndaşların bir hissəsinin vaxtilə özəlləşdirmə prosesində iştirak edə bilməməsi, bir hissəsinin isə çekləri indiyədək saxlaması obyektiv hüquqi və sosial nəticələr doğurmuşdur. Bu şəxslərin hüquqları tamamilə nəzərə alınmadan məsələnin bağlanmış hesab edilməsi ədalətli yanaşma sayıla bilməz. 

BEŞİNCİ

Bu məsələ cəmiyyətdə dövlətə inam, qanunun aliliyinə hörmət və sosial ədalət baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi aydın, əsaslandırılmış və ədalətli şəkildə həll olunmalıdır. 

Özəlləşdirmə payları (çekləri) məsələsinin ədalətli həllinin Azərbaycan Respublikasının iqtisadiyyatına, dövlətçiliyinə və xalqın rifahına verəcəyi strateji faydalar

Hörmətli Milli Məclisin Sədri və deputatları! 

Özəlləşdirmə payları (çekləri) məsələsi təkcə keçmişdən qalmış hüquqi mübahisə deyil. Bu məsələ Azərbaycan dövlətinin qanunlarına sədaqətinin, Konstitusiyanın aliliyinin, tarixi ədalətin və xalqla dövlət arasında etimadın mühüm sınağıdır.

İqtisadçı alimlərin elmi arşdırmalarından məlum olur ki, əgər dövlət özəlləşdirmə paylarının qanunvericiliklə müəyyən edilmiş hüquqi statusunu və onların real maddi dəyərini bərpa edərsə, bunun nəticələri yalnız həmin payların sahibləri üçün deyil, bütövlükdə Azərbaycan Respublikasının iqtisadiyyatı və dövlətçiliyi üçün mühüm və uzunmüddətli müsbət təsirlər yaradacaqdır.

  1. Azərbaycan Respublikasının İqtisadiyyatına Strateji Faydaları

Maliyyə bazarlarının canlanması və iqtisadiyyatın diversifikasiyası baxımından bu addım mühüm katalizator rolunu oynaya bilər:

Qiymətli Kağızlar Bazarının (Fond Birjasının) Canlanması: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün güclü kapital bazarına ehtiyac var. Milyonlarla çekin səhmlərə çevrilməsi və ya birbaşa birja vasitəsilə ticarətə cəlb olunması, Bakı Fond Birjasında aktivliyi və likvidliyi kəskin şəkildə artıra bilər. Bu, ölkədə "ölü" vəziyyətdə olan qiymətli kağızlar bazarını canlandırar.

İnvestisiya Aktivliyinin və Daxili Kapitalın Səfərbər Edilməsi: Əhalinin əlindəki çeklərin aktiv iqtisadi dövriyyəyə daxil edilməsi daxili investisiyalar üçün yeni bir maliyyə mənbəyi yaradır. Vətəndaşlar sadəcə passiv müşahidəçi deyil, yerli sənaye və xidmət müəssisələrinə investisiya qoyan aktiv investorlara çevrilirlər.

Özəlləşdirmə Prosesinə İnkişaf Təkanı: Hazırda dövlət əmlakının özəlləşdirilməsi prosesi çox vaxt dar bir investor qrupu ilə məhdudlaşır. Çeklərin dövriyyəyə qayıtması iri dövlət şirkətlərinin (məsələn, rabitə, nəqliyyat və kommunal sektorlar) xalqa açıq şəkildə özəlləşdirilməsinə (Xalq IPO-su) imkan verər və şəffaflığı təmin edər.

İqtisadi Şəffaflıq və Kölgə İqtisadiyyatının Azaldılması: Çeklərin rəsmi depozitarlar və birja vasitəsilə dövriyyəsi mülkiyyət münasibətlərinin rəsmiləşməsini tezləşdirir, bu isə iqtisadiyyatda şəffaflığın artmasına və korporativ idarəetmə standartlarının formalaşmasına kömək edir.

  1. Azərbaycan Dövlətçiliyinə və Hüquq Sisteminə Strateji Faydaları

Məsələnin hüquqi və siyasi müstəvidə ədalətli həlli dövlət-vətəndaş münasibətlərində yeni bir mərhələ aça bilər:

Mülkiyyət Hüququnun Toxunulmazlığı və Hüquqi Dövlət Prinsipləri: Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyət hüququ fundamental hüquq tərəfindən qorunur. Dövlət tərəfindən vaxtilə qanunla verilmiş payların hüquqi statusunun vətəndaşların xeyrinə tanınması, ölkədə mülkiyyət toxunulmazlığına olan inamı maksimum dərəcədə artırar. Bu, beynəlxalq reytinqlərdə Azərbaycanın "Hüquqi Dövlət" indeksini yüksəldər.

Dövlət-Vətəndaş Güvəninin və Sosial Müqavilənin Güclənməsi: Bu tarixi məsələnin kompromis və ədalətlə həll edilməsi, xalqın dövlət təsisatlarına və qəbul edilən qərarlara olan etimadını strateji səviyyədə möhkəmləndirir. Vətəndaş özünü dövlətin yaratdığı milli sərvətin real şəriki və sahibi kimi hiss edir.

Xarici İnvestorlar Üçün Müsbət Siqnal: Beynəlxalq investorlar investisiya qoyacaqları ölkədə daxili mülkiyyət mübahisələrinin necə həll olunduğuna xüsusi diqqət yetirirlər. Çek sahiblərinin hüquqlarının ədalətli qorunması xarici kapitala ölkədəki mülkiyyət hüquqlarının etibarlılığı barədə çox güclü və müsbət bir mesaj ötürər.

  1. Xalqın Rifahına və Sosial Ədalətə Strateji Faydaları

Sosial-iqtisadi baxımdan bu addım birbaşa vətəndaşın büdcəsinə və sosial təhlükəsizliyinə təsir edir:

Tarixi Sosial Ədalətin Bərpası: Özəlləşdirmə çekləri vaxtilə sovet dövründə və müstəqilliyin ilk illərində milli sərvətin yaradılmasında əməyi olmuş hər bir vətəndaşın payıdır. Bu payların dəyərləndirilməsi keçmiş əməyin və sosial ədalətin rəsmən tanınması deməkdir.

Əhalinin Maddi Rifahının Yüksəlməsi və İnflyasiya Qarşısında Müdafiə: Çeklərin müqabilində vətəndaşlara dividend gətirən səhmlərin verilməsi və ya kompensasiya ödənilməsi əhalinin (xüsusilə də orta və az təminatlı təbəqənin, təqaüdçülərin) gəlirlərini artırar. Bu, ailə büdcələrinə əlavə maliyyə dəstəyi təmin edər.

Sosial Təbəqələşmənin Azaldılması və "Orta Sinfin" Formalaşması: Kapitalın yalnız dar bir oliqarxik və ya korporativ qrupda cəmləşməsinin qarşısını alaraq, sərvətin cəmiyyət arasında daha bərabər və ədalətli paylanmasına şərait yaradır. Bu isə iqtisadiyyatın dayağı sayılan "orta təbəqə"nin (həm mülkiyyəti, həm də gəliri olan vətəndaş qrupunun) böyüməsinə birbaşa xidmət edir.

Milli Həmrəyliyin Güclənməsi: Vətəndaşların uzun illərdir gözlədiyi bu problemin müsbət həlli cəmiyyətdə ümumi bir psixoloji rahatlıq, nikbinlik və daxili sabitlik (milli həmrəylik) ab-havası yaradır.

Yekun

Özəlləşdirmə çekləri məsələsi sadəcə keçmişdən qalan hüquqi-texniki bir detal deyil, Azərbaycanın gələcək iqtisadi modelinin və sosial ədalət fəlsəfəsinin mühüm bir sınağıdır. Bu məsələnin vətəndaş məmnuniyyəti və dövlət maraqları çərçivəsində ədalətli həlli ölkə iqtisadiyyatına milyardlarla manatlıq daxili kapital axını yarada, dövlət-vətəndaş birliyini sarsılmaz edə və xalqın rifah halını keyfiyyətcə yeni mərhələyə daşıya bilər.

NƏTİCƏLƏR

  1. Tarixi ədalət və dövlətin verdiyi vədin yerinə yetirilməsi

Azərbaycan Respublikasının qanunları ilə hər bir vətəndaşa dövlət əmlakında pay verilmiş və bu pay özəlləşdirmə çekləri vasitəsilə rəsmiləşdirilmişdir.

Bu hüququn bərpası dövlətin öz xalqına verdiyi vədin yerinə yetirilməsi, tarixi ədalətin təmin olunması və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi deməkdir.

Dövlətin ən böyük gücü yalnız iqtisadi göstəricilərində deyil, həm də öz qanunlarına və verdiyi öhdəliklərə sadiqliyindədir.

  1. Konstitusiyanın və qanunun aliliyinin real təmin olunması

Özəlləşdirmə paylarının hüquqlarının bərpası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququnun, hüquqi dövlət prinsipinin və qanunun aliliyinin real həyata keçirilməsi olacaqdır.

Bu qərar göstərər ki, Azərbaycan Respublikasında qanunla verilmiş hüquq zaman keçdiyinə görə itmir və heç bir inzibati praktika ilə aradan qaldırıla bilməz. Bu, təkcə özəlləşdirmə payları üçün deyil, bütün mülkiyyət hüquqları üçün mühüm presedent olacaqdır.

  1. Əhalinin alıcılıq qabiliyyətinin və daxili bazarın güclənməsi

Özəlləşdirmə paylarının real dəyərinin tanınması minlərlə ailənin iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Əgər vətəndaşlar öz paylarını satmaq və ya istifadə etmək imkanı əldə etsələr, əldə olunan vəsait:

- mənzil şəraitinin yaxşılaşdırılmasına; məişət texnikasının alınmasına;

- təhsil və səhiyyə xərclərinə;

- kiçik və orta sahibkarlığa;

- kənd təsərrüfatına və digər sahələrə yönələcəkdir.

Bu isə ölkədə daxili tələbatı artıracaq, iqtisadi dövriyyəni genişləndirəcək və yeni iqtisadi aktivlik yaradacaqdır.

  1. Dövlət büdcəsinin əlavə gəlirlər əldə etməsi

Vətəndaşların əldə etdiyi vəsaitin iqtisadi dövriyyəyə daxil olması nəticəsində:

- əlavə dəyər vergisi;

- gəlir vergisi;

- mənfəət vergisi;

- sosial ödənişlər;

müxtəlif dövlət rüsumları şəklində dövlət büdcəsinə əhəmiyyətli həcmdə vəsait daxil ola bilər.

Beləliklə, özəlləşdirmə paylarının ədalətli həlli dövlət üçün yalnız sosial məsələ deyil, həm də büdcə gəlirlərini artıran iqtisadi mexanizmə çevrilə bilər.

  1. İnvestorların marağının artması və investisiya imkanlarının genişlənməsi

Əgər özəlləşdirmə payları yenidən iqtisadi dövriyyəyə qaytarılarsa, investorlar onları əldə etməyə maraq göstərəcəklər. Bu isə:

- özəlləşdirmə prosesinə əlavə investisiyaların cəlb olunmasına;

- müəssisələrin modernləşdirilməsinə;

- yeni iş yerlərinin açılmasına;

- istehsalın genişlənməsinə;

- regionların iqtisadi inkişafına mühüm təkan verə bilər.

Beləliklə, özəlləşdirmə payları iqtisadi inkişafın qarşısında maneə deyil, əksinə, onun mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər.

  1. Dövlətə və hüquq sisteminə inamın güclənməsi

Xalq dövlətə ən çox o zaman inanır ki, dövlət öz qanunlarına özü hörmət edir. Əgər onilliklər əvvəl qanunla verilmiş mülkiyyət hüququ bərpa olunarsa, bu, milyonlarla insan üçün belə bir mesaj olacaqdır: "Dövlət öz qanunlarına sadiqdir".

Bu isə cəmiyyətin hüquq sisteminə və dövlət institutlarına inamını əhəmiyyətli dərəcədə artıracaqdır.

Nəticə

Özəlləşdirmə payları məsələsinin ədalətli və qanuni həlli:

- tarixi ədaləti bərpa edəcək;

- Konstitusiyanın və qanunun aliliyini möhkəmləndirəcək;

- dövlət-vətəndaş etimadını gücləndirəcək;

- daxili bazarı canlandıracaq;

- investisiyaları artıracaq;

- dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək;

- iqtisadi inkişafı sürətləndirəcək.

Buna görə də özəlləşdirmə payları məsələsinin həlli yalnız keçmişin problemi deyil. Bu, Azərbaycan Respublikasının hüquqi dövlət kimi nüfuzunun, iqtisadi inkişafının və xalqın rifahının gələcəyi ilə bağlı strateji qərardır.

Ədalətli qərar təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də dövlətə inamını gücləndirəcək və Azərbaycan tarixində hüququn, ədalətin və dövlət məsuliyyətinin təntənəsi kimi qalacaqdır.

İqtisadi təhlükəsizlik və inflyasiya riskinin aşağı olması

İqtisadiyyatın əsas qanunlarından biri ondan ibarətdir ki, iqtisadi aktivliyin artması üçün dövriyyədə olan maliyyə resursları və maliyyə alətlərinin həcmi kifayət qədər olmalıdır. Dövriyyəyə yeni maliyyə alətlərinin daxil olması istehlakı, investisiyanı və sahibkarlıq fəaliyyətini genişləndirərək iqtisadi artıma təkan verir.

Özəlləşdirmə paylarının (çeklərin) iqtisadi dövriyyəyə qaytarılması ölkə daxilində müxtəlif səbəblərdən istehsal və investisiyaya yönəlməyən passiv maliyyə vəsaitlərinin iqtisadiyyata cəlb olunmasına şərait yarada bilər. Çekləri əldə etmək istəyən investorlar öz vəsaitlərini aktiv şəkildə dövriyyəyə daxil edəcək, bu isə investisiya və iqtisadi fəallığı artıracaqdır.

Özəlləşdirmə paylarının real dəyərinin tanınması dövlət tərəfindən əlavə kağız pul emissiyası demək deyildir. Çünki özəlləşdirmə payları artıq mövcud olan və qanunvericiliklə tanınmış qiymətli kağızlardır. Onların iqtisadi dövriyyəyə qaytarılması əsasən mövcud dövlət aktivlərinin və mövcud maliyyə resurslarının yenidən bölgüsünü təmin edir. Buna görə də bu mexanizm birbaşa pul emissiyası ilə müqayisədə inflyasiya baxımından xeyli aşağı risk daşıyır.

Beləliklə, özəlləşdirmə paylarının iqtisadi dövriyyəyə qaytarılması yeni pul çap etmək deyil, uzun illər passiv vəziyyətdə qalmış qanuni iqtisadi aktivləri yenidən işlək vəziyyətə gətirməkdir. Bu zaman dövlət əlavə pul emissiyası etmir, əksinə, mövcud aktivlərin və özəl kapitalın iqtisadiyyata cəlb olunmasına şərait yaradır. Nəticədə investisiya, istehlak və iqtisadi fəallıq artır, inflyasiya riski isə ənənəvi pul emissiyası ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olur.

Əsas konstitusion mübahisə

Əgər:

- Qanun qüvvədədirsə;

- Özəlləşdirmə çekləri qanunla ödəmə vasitəsi kimi müəyyən olunubsa;

- Qanunla çeklərin ümumi ləğvi nəzərdə tutulmayıbsa;

- Özəlləşdirmə prosesi davam edibsə;

onda yalnız Prezident fərmanı ilə çeklərin ödəmə vasitəsi kimi istifadəsinin dayandırılmasının Konstitusiyanın 13, 29, 71, 147 və 149-cu maddələrinə uyğun olub-olmaması Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmalıdır.

Lakin hansısa maraqlı məmurların təsiri nəticəsində Konstitusiya Məhkəməsi bu məsələni araşdırmayıb və öz imtina qərarında bu barədə hec bir Konstitusion əsaslandırma verməyib.

Milli Məclisdən xahişimiz

Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirik: 

  1. Özəlləşdirmə payları və özəlləşdirmə çekləri ilə bağlı yaranmış vəziyyətin Milli Məclis səviyyəsində araşdırılmasına, Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılmasına təşəbbüs göstərəsiniz.
  2. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsindən və aidiyyəti dövlət orqanlarından rəsmi məlumatların alınmasına və vəziyyətin hüquqi qiymətləndirilməsinə kömək edəsiniz.
  3. Özəlləşdirmə çekləri əlində qalmış vətəndaşların hüquqlarının tanınması, bərpası və ya kompensasiya mexanizminin yaradılması məsələsinin qanunvericilik səviyyəsində müzakirəyə çıxarılmasına yardım göstərəsiniz.

Xüsusi qeyd: Qanun qarşısında hamı bərabərhüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn, 2010-cu ildə “Siyəzən Broyler”in özəlləşdirilməsində əmək kollektivinin 1 Dövlət Özəlləşdirmə Payı (DÖP - 4 cek) üçün 100 manat dəyərində səhm verildiyi halda – investor üçün bir Dövlət Özəlləşdirmə Payı (4 çek) 1400 manat olaraq hesablanmışdır. Belə ki, 14 milyon 337 minlik dövlət əmlak üçün investor ödəmə vasitəsi kimi 10 000 Özəlləşdirmə Payı verilmişdir.

Özəlləşdirmə Payının əmlak dəyəri məbləği bir kollektiv üzvü üçün 65 000 ABŞ dolları hesabladıqları hallar olub (həmin dövrdə 1ABŞ dolları 0,78 manat idi). Məsələn: 3 iyun 2008-ci il Bakı şəhər, Binəqədi, Azadlıq pr.187, İXMİM-nin Əmlak kompleksi 1 DÖP (4 çek)-yı 60 488 manat, 19 avqust 2008-ci il Suraxanı r-n, Əmircan qəs., Balandın küç. İXMİM-nin “Atəşgah” fabrik-mətbəxi 1 DÖP (4çek) 60 760 manat, 3 mart 2009-cu il Bakı şəhəri, Qaradağ r-nu, Puta qəsəbəsi Əmək kompleksi 1 DÖP-yı 41 858 manat, 30 iyun 2009- cu il Bakı şəhəri, Yasamal r-n “Sevinc” kafesi 1DÖP-na 29 100 manat,10 noyabr 2009-cu il Bakı şəhəri, Əzizbəyov r-n, Şüvalan qəs., Təsərrüfat hesablı 1 nömrəli Univermaq 1 DÖP (4 çek)-na 27 764 manat dəyərində səhm.

Bildiyiniz kimi hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və Qanunlardır. Dövlət Qanunla əvəzsiz olaraq Dövlət Özəlləşdirmə Pay(çek)larını verən zaman - Qanunda hər bir vətəndaşın Dövlət Özəlləşdirmə Pay(çek)larının dəyərinin eyni olduğu və inflyasiyadan qorunan maddi dəyər olduğu açıq yazılıb.

Sizdən xahiş edirik, Milli Məclis əvvəlki özəlləşdirmə prosesində baş verən pozuntuları nəzərə alaraq – neqativ halların təkrarlanmaması üçün Yeni Dövlət Komissiyası yaradılması və artıq 30 il keçdiyi üçün qanunla Özəlləşdirmə Çekinin hamı üçün (bərabərlik hüququ) eyni olan, inflyasiyadan qorunan əmlak (maddi) ekvivalenti dəyərində nominal qiymətinin hesablanaraq elan edilməsi üçün müzakirələrə başlasın.  

  1. Milli Məclisin müvafiq komitələrində bizim nümayəndələrimizin iştirakı ilə bu məsələ üzrə dinləmə və ya müzakirə keçirilməsi imkanını nəzərdən keçirəsiniz.
  2. Dövlət tərəfindən vaxtilə verilmiş özəlləşdirmə paylarının hüquqi taleyinin aydınlaşdırılması və vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün qanunvericilik təşəbbüsü məsələsinin araşdırılmasına dəstək verəsiniz.
  3. Bu məsələnin yalnız keçmiş dövrün iqtisadi problemi kimi deyil, hazırda da davam edən hüquq pozuntusu və sosial ədalət problemi kimi qiymətləndirilməsini təmin edəsiniz.

Hörmətli Sahibə xanım!

Biz bu müraciəti qarşıdurma yaratmaq üçün deyil, qanuni və sivil qaydada hüquqlarımızın tanınması üçün edirik. Biz inanırıq ki, Azərbaycan Respublikasının Milli Məclisi xalqın ali nümayəndəli orqanı kimi, vətəndaşların bu müraciətinə diqqətlə yanaşacaqdır.

Milli Məclis tərəfindən araşdırması vacib olan Əsas Konstitusion suallar:

- Qüvvədə olan Qanunla müəyyən edilmiş vətəndaşın əmlak hüququ Prezident Fərmanı və inzibati təcrübə ilə faktiki olaraq tətbiqdən çıxarıla bilərmi?

- Əgər Qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmamışdırsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident Fərmanı ilə istifadəsinin dayandırılması normativ aktların iyerarxiyası prinsipinə uyğun hesab edilə bilərmi? 

Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir.

Xüsusilə vurğulamaq istəyirik ki, söhbət yalnız maddi maraqdan getmir. Burada əsas məsələ dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi, qanuna inam, vətəndaş-dövlət münasibətlərində ədalət, tarixi ədalət və hüquqi müəyyənlik prinsipidir. 

Bu səbəbdən Sizdən xahiş edirik ki, müraciətimiz Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılsın və Milli Məclisin səlahiyyətləri çərçivəsində araşdırılsın, Qanun və Fərman arasında yaranmış ziddiyətin araşdırılması ücün Milli Məclis adından Konstitusiya Məhkəməsinə göndərilsin və problemin qanunvericilik yolu ilə ədalətli həlli üçün müvafiq addımlar atılsın. 

Milli Məclisdən və deputatlardan konkret tələblər

  1. Milli Məclisin Konstitusiya Məhkəməsinə müraciəti

Milli Məclis qərar qəbul etməlidir ki, qüvvədə olan qanunla Prezident fərmanı arasında ziddiyyətin araşdırılması üçün məsələ Konstitusiya Məhkəməsinin Plenumuna çıxarılsın.

Konstitusiya Məhkəməsinin Palatası tərəfindən işə mahiyyəti üzrə baxılmadığından və qanunla fərman arasındakı ziddiyyət araşdırılmadığından, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi məqsədilə Milli Məclisin öz səlahiyyətlərindən istifadə edərək məsələnin Konstitusiya Məhkəməsi qarşısında qaldırılmasını xahiş edirik. 

  1. Parlament dinləməsi

Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və İnsan hüquqları komitələrinin birgə açıq parlament dinləməsi keçirilsin. Bu dinləmədə: Özəlləşdirmə Çeki sahibləri olan işci qrup və ağsaqalları, hüquqşünas alimlər, İqtisadiyyat Nazirliyi və Konstitusiya hüququ üzrə mütəxəssislər iştirak etsinlər.

  1. Rəsmi dövlət hesabatı tələb olunsun

Milli Məclis hökumətdən aşağıdakı məlumatları tələb etsin: neçə özəlləşdirmə çeki istifadə olunub; neçə çek vətəndaşların əlində qalıb; 2011-ci ildən sonra hansı dövlət əmlakı özəlləşdirilib; həmin özəlləşdirmələrdə çeklərin niyə qəbul edilmədiyi hüquqi əsaslarla izah edilsin.

  1. Qanunvericilik təşəbbüsü

Əgər çeklərin istifadəsinin əvvəlki qaydada bərpası mümkün hesab edilməzsə, Milli Məclis aşağıdakılardan biri barədə qanun layihəsi hazırlasın:

- çeklərin ödəmə vasitəsi kimi tanınması;

- çeklərin inflyasiyadan qorunan maddi ekvivalentinin hesablanması;

- vətəndaşlara kompensasiya və ya digər əmlak hüququnun verilməsi.

Əvvəlcədən təşəkkür edirik və səbirsizliklə cavab gözləyirik. İnanırıq ki, tezliklə Sizin və qeyrətli deputatlarımızın köməyi ilə - Ulu Öndər Heydər Əliyevin Xalqa Vədinin - Konstitusiya və qanunların pozulması ilə16 ildir davam edən xalqın bu problemı öz həllini tapacaq.

 

Müəllif: Aydın Gəray

Pin up casino Pin-up casino giriş