Avropa İttifaqı Ermənistana minatəmizləyən hədiyyə edib

Dünya

08.07.2026 - 18:50

Ermənistan hədiyyə olaraq məsafədən idarə olunan mina təmizləmə maşını alıb

Ermənistan Avropa İttifaqından (Aİ) daha bir hədiyyə - təxminən 20 ton ağırlığında məsafədən idarə olunan mina təmizləmə maşını alıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, bu maşın ölkə daxilində təhlükəli hesab edilən ərazilərdə humanitar mina təmizləmə əməliyyatlarına kömək edəcək.

İki məsafədən idarə olunan mina təmizləmə maşınına əlavə olaraq, Ermənistan tezliklə lazımi avadanlıqlarla təchiz olunmuş daha iki təcili yardım maşını alacaq.

Bu maşınlardan həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası prosesində də istifadə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş