“Biz həddindən artıq çox, milyardlarla dollar daha çox pul ödəyirik və bu, ədalətsizdir”
ABŞ prezidenti Donald Tramp NATO-dan məyusluğunu ifadə edərək, Vaşinqtonun müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün həddindən artıq böyük məbləğlər ödədiyini bildirib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.m
"NATO-dan çox məyus oldum. Biz həddindən artıq çox, milyardlarla dollar daha çox pul ödəyirik və bu, ədalətsizdir. Biz onları qoruyuruq. Biz onları müdafiə edirik, amma onlar bizim üçün heç nə etmirlər", - deyə Amerika lideri Ankarada keçirilən Alyansın sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.