Pakistanda antiterror əməliyyatı keçirilib

Dünya

08.07.2026 - 17:12

19 terrorçu məhv edilib: 11 təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub

Pakistanın Bəlucistan vilayətində terrorçulara qarşı əməliyyat keçirilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Pakistan təhlükəsizlik qüvvələrinin “Fitnə əl-Hindustan” qruplaşmasına qarşı keçirdiyi əməliyyatda 19 terrorçu məhv edilib.

Təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olub.

Məlumata görə, terroçular müəyyən bölgələrdə yerli sakinlərdən hədə-qorxu yolu ilə pul tələb ediblər.

Təhlükəsizlik mənbələri bildirib ki, əhalinin can və mal təhlükəsizliyi, eləcə də magistral yolların təhlükəsizliyi təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş