“Müttəfiqlərin bu gün İranın Hörmüz boğazını tam açmalı olduğunu təsdiqləmələrini gözləyirəm"
NATO-nun Ankarada keçirilən sammitinin iştirakçıları İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının qatıldığı plenar iclasdan əvvəl jurnalistlərə bildirib.
"Bu gün İran məsələsini müzakirə edəcəyik. İran heç vaxt nüvə silahı əldə etməməlidir. Müttəfiqlərin bu gün İranın Hörmüz boğazını tam açmalı olduğunu təsdiqləmələrini gözləyirəm", - deyə Rutte deyib.