Dron hücumundan sonra Omsk Neft Emalı Zavodu fəaliyyətini dayandırıb

Dünya

08.07.2026 - 09:06

Zavodu 7 iyul tarixindən etibarən birjada benzin və dizel yanacağının satışını dayandırıb

Rusiyanın Omsk  Neft Emalı Zavodu Ukraynanın dron hücumundan sonra fəaliyyətini dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi  iki mənbəyə istinadən məlumat yayıb.

Omsk Neft Emalı Zavodu Rusiyada ən böyük neft emalı zavodudur. Zavod 6 iyulda Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri tərəfindən hücuma məruz qalıb.

Agentlik yazıb ki, Omsk Neft Emalı Zavodu Sibirin dərinliklərində yerləşir. Bu hücum Ukraynada tammiqyaslı müharibənin başlanğıcından bəri ən uzaq hücumlardan biri olub.

Bildirilib ki, Rusiyanın ən böyük benzin istehsalçısı olan zavodun bağlanması ölkə daxilində yanacaq çatışmazlığını daha da artıracaq.

"Hücum Omsk Neft Emalı Zavodundakı obyektlərə ziyan vurub. Zavodun işçiləri arasında itki olmayıb", - deyə Rusiya Prezidenti Vladimir Putinin Sibir Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Anatoli Serışev bildirib.

Mənbələrə görə, zərbə nəticəsində yanğın baş verib və CDU-10 xam neft distillə qurğusu zədələnib. Bu qurğu zavodun istehsal gücünün təxminən 38%-ni (gündə 24.580 metrik ton) təşkil edir.

Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının məlumatlarına görə, Omsk Neft Emalı Zavodu 7 iyul çərşənbə axşamı tarixindən etibarən birjada benzin və dizel yanacağının satışını dayandırıb.

Mənbələr jurnalistlərə bildiriblər ki, başqa bir ilkin emal qurğusu olan CDU-11 də bağlanıb. Bu qurğu neft emalı zavodunun istehsal gücünün 37%-ni təşkil edir və gündə 24.000 ton neft emal etmək qabiliyyətinə malikdir. Qurğunun özü zədələnməsə də, onun işləməsi üçün vacib olan bəzi detallar zədələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş