“Avqust yağışları” ciddi fəsadlara səbəb olub

Dünya

16.08.2019 - 16:04

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 46 nəfər həyatını itirib

 

Sudanda “Avqust yağışları” adı verilən təbii fəlakət böyük fəsadlara səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 46 nəfər həyatını itirib.

 

Sudan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkə son 18 ildə 16 dəfə eyni bəlaya düçar olub. Təbii fəlakətin təsirindən bu günə qədər 9260 ev zərər görüb. Bunun da 3000-i yerli-dibli məhv olub.

 

Qeyd edk ki, Sudanda artıq avqustun əvvvəlindən yağış öz təsirini göstərməyə başlayır. Keçən il də avqustun əvvəlində eyni fəlakət ucbatından 43 nəfər canından olmuşdu.

Müəllif: Ayna.az