Yaponiyada təbii fəlakət insan itkisinə səbəb olub
Yaponiyanı cənginə alan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, fəlakət nəticəsində artıq 10 nəfər həyatını itirib.
Bu ayın əvvəlində "Hagibis" qasırğasının yaratdığı dağıntılara məruz qalan Yaponiya dünəndən etibarən güclü yağışlara təslim olub.
Yağışın yağması nəticəsində bir çox ərazidə torpaq sürüşməsi və sel meydana gəlib.
İlkin məlumata görə, fəlakət nəticəsində 10 nəfər ölüb, 3 isə nəfəri isə itkin düşüb.