Tramp NATO müttəfiqlərinə ABŞ-ın Alyansdan çıxmaq niyyətində olmadığına dair zəmanət verib
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinə ABŞ-ın Alyansdan çıxmaq niyyətində olmadığına dair zəmanət verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, "Tramp ölkəsinin hərbi Alyansda qalacağına zəmanət verib".
Aprelin əvvəlində Tramp müttəfiqlərinin Vaşinqtona İrana qarşı müharibədə kömək etməkdən imtina etməsi səbəbindən NATO-dan çıxmağı düşündüyünü açıqlamışdı.