Rusiyanın muzdlu döyüşçüləri Liviyaya getməyə başlayıb

Dünya

25.09.2019 - 21:31

Suriyada 3 min nəfərədək “vaqner”çi döyüşüb

 

Rusiyanın “Vaqner” özəl hərbi hissəsinin yüzdən çox döyüşçüsü general Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusunu dəstəkləmək üçün sentyabrdan bu ölkəyə getməyə başlayıb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Rusiyanın muzdlu döyüşçüləri generalı Liviya paytaxtı Tripoli ətrafında dəstəkləyir. Hərbi hissənin nümayəndəsi Liviyada bir neçə döyüşçülərinin öldüyünü təsdiqləyib. Liviya Milli Ordusundan isə bu hərbi birləşmənin sıralarında başqa xarici döyüşçünün olmadığını bildiriblər.

 

Qeyd edək ki, Liviyada ikihakimiyyətlilikdir. Ölkənin şərqində - Tobruk şəhərində parlament, BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınan baş nazir Fayaz Saracın başçılğı altında milli razılaşma hökuməti, qərbdə - Tripolidə isə beynəlxalq ictimaiyyətin tanımadığı Xəlifə Xaftarın ordusu yerləşir.

 

Britaniyada çıxan “The Daily Telegraph” Liviyanın Benqazi şəhərində 300-ə yaxın rusiyalı muzdurun olduğunu təsdiqləyib.

 

Xatırladaq ki, Suriyada da onların Bəşşar Əsədə aid hərbi birləşmələr tərəfindən döyüşdüyü barədə məlumatlar yayılıb. BBC-nin məlumatına görə, Suriyada 3 min nəfərədək “vaqner”çi döyüşüb. Onlar bu ölkədə 150-dən çox itki veriblər.

Müəllif: Ayna.az