“ABŞ qoşunları İran torpağına girməyə cəhd etsələr, cəhənnəm yaşayacaqlar”
“ABŞ qoşunlarını İran torpağına yerləşdirməyə cəhd edərsə, əsl cəhənnəmlə üzləşəcək”. AYNA.AZ-ın IRNA-ya istinadən verdiyi məlumata görə, bu təhdid İran ordusunun Baş Komandanının müavini, kontr-admiral Həbibullah Səyyari tərəfindən edilib.
O vurğulayıb ki, "İran silahlı qüvvələri xalqla çiyin-çiyinə dayanaraq o qədər güclü və dözümlüdür ki, düşmən bilir ki, əgər İran sahillərinə qoşun yeritməyə çalışsa, qaça bilməyəcəyi cəhənnəmə düşəcək".