Kabus ABŞ-dan Kanadaya keçdi

Dünya

09.09.2019 - 13:44

Qasırğa Kanadaya “2 kateqoriya” səviyyəsində “hücum edib”

 

ABŞ-ın bəzi ştatlarını ağuşuna alan “Dorian” qasırğası, indi də Kanadanın Nova Skotia bölgəsin “vurmağa” başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qasırğa Kanadaya “2 kateqoriya” səviyyəsində “hücum edib”.

 

Həvəskar kameraların lentə aldığı görüntülərdə yüksək binaların arasında yerləşən kranın güclü külək səbəbi ilə binaların üstünə aşdığı müşahidə olunub. Bundan əlavə, küləyin bir neçə ağacı yıxdığı görüntülənib. 

 

Qeyd edək ki, bundan əvvəl “5 kateqoriya” səviyyəsində Baham adalarını “vuran” “Dorian” qasırğası nəticəsində indiyədək həyatını itirənlərin sayı artıq 43-ə çatıb.

Müəllif: Ayna.az