Britaniya mətbuatında müdhiş araşdırma yayılıb

Dünya

11.07.2019 - 19:20

Araşdırma dərc olunandan sonra parlamentdə məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılıb

 

Britaniya mediasında ölkə parlamentində baş verən cinsi istismar faktlarını ortaya çıxaran araşdırma yayılıb. AYNA “The Mirror” qəzetinə istinadən xəbər verir ki, hüquqşünas Qemma Uaytın araşdırması nəticəsində, parlamentin işçilərinin siyasətçilər tərəfindən cinsi istismara məruz qaldıqları məlum olub.

 

Hüquqşünas araşdırma müddətində çox sayda insanla görüşüb, məsələ ilə bağlı onların başlarına gələn hadisələri öyrənib. Uayt araşdırmasında işçilərin, əsasən əllə istismar edildiyi faktını qeyd edib.

 

Adının açıqlanmasını istəməyən bir işçi, “Nə qədər ki, parlamentin Nümayəndələr Palatasında mühüm vəzifədə çalışmaq istəyiniz siyasətçilərlə münasibət qurmağınızdan asılı olacaq, cinsi istismarlar davam edəcək”, – deyə bildirib.

 

Qeyd edək ki, araşdırma dərc olunandan sonra parlamentdə məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

 

Müəllif: Ayna.az