Ərdoğan Pakistanı 1,2 milyardlıq təzminatdan qurtardı

Dünya

05.11.2019 - 05:42

"1,2 milyard dollarlıq cəzadan xilas olduq" 

 

Pakistanın Baş Naziri İmran Xan Türk şirkəti ilə ölkəsi arasındakı 1,2 milyard dollarlıq təzminat probleminin həll olunduğunu bildirib.

 

AYNA-nın “Haberler”ə istinadən məlumatına görə, İmran Xan məsələni prezident Rəcəb Tayyib Ərdoğanın həll etdiyini deyib. Xan sosial şəbəkədə yazdığı məlumatda qeyd edib:

 

“Pakistan Ədalət Hərəkatı hökuməti Ərdoğanın dəstəyi ilə “Karkey” (Türk Qaradəniz Elektrik İstehsalı MMC) şirkəti ilə anlaşılmazlığı dostcasına həll etdi və Beynəlxlaq Sərmayə Sazişlərinin Həlli Mərkəzi (İCSİD) tərəfindən tətbiq edilən 1,2 milyard dollarlıq cəzadan xilas oldu”.

 

İmran Xan Pakistan hökumətinin müzakirə heyətini də təbrik edib.

Müəllif: Ayna.az