Səudiyyədə 2 neft zavodu bombalanıb

Dünya

14.09.2019 - 14:11

 

Hökumət rəsmiləri hər iki obyektin nəzarətə alındığını bildirib

 

Səudiyyə Ərəbistanı Dövlət mediası ölkədə 2 neft zavodunun bombalandığı haqqında məlumat yayıb.  AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, hadisə Səudiyyənin şərqində baş verib.

 

Hadisənin lentə alınmış görüntülərində dünyanın ən böyük neft emalı zavodu olan Abqaiq üzərində duman yayıldığı əks olunub.

 

Digər partlayış isə ölkənin qərbində baş verib. Belə ki, Khurayis neft yatağı da partlayışa məruz qalıb.

 

Hökumət rəsmiləri hər iki obyektin nəzarətə alındığını bildirsə də, hadisə ilə bağlı hələki heç bir ittiham irəli sürməyib.

Müəllif: Mərahim Nəsib