Azərbaycanda daha 33 şagirddə COVID-19 aşkarlanıb

Aktual

15.10.2020 - 16:17

Nazirlik məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyəti açıqlayıb

 

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb. Nazirlikdən AYNA-ya verilən məlumata görə, oktyabrın 15-də 14 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

 

“Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı iki olub. 33 şagirddə, 12 işçi heyətdə isə koronavirus aşkarlanıb”, - deyə məlumatda qeyd olunub.

 

Bildirilib ki, əyani təhsilə keçən siniflərin sayı üç, distant təhsilə keçən siniflərin sayı yeddidir.  Cəmi distant təhsilə keçirilmiş siniflərin sayı 60, məktəblərin sayı isə 37-dir.

Müəllif: Ayna.az