Zəngəzurun Şurnux kəndi Azərbaycanın nəzarətinə keçib

Aktual

02.01.2021 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

“Hər şey bitdi, Azərbaycan əsgəri kəndi nəzarətə götürdü”

 

Zəngəzurun (Sünik) vilayətinin Şurnux kəndi Azərbaycanın nəzarətinə keçib. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu barədə kəndinin rəhbəri Akop Arşakyan bəyan edib.

 

Arşakyan deyib ki, Azərbaycan hərbçiləri artıq kənddə post qurublar: “Hər şey bitdi, Azərbaycan əsgəri kəndi nəzarətə götürdü. Kənddə artıq post qoyulub. Bizə kəndi tərk etmək üçün yanvarın 5-nə qədər vaxt verilib. Bu vaxtdan sonra Şurnuxda heç kim qalmamalıdır”.

 

Qeyd edək ki, dekbarın 24-dən Şurnux kəndinin delimitasiyası aparılır. Ermənilər kəndin onlara məxsus olduğunu idda etsələr də, xəritəyə əsasən bu kəndin Azərbaycan ərazisi olduğu qeyd edilib.

Müəllif: Ayna.az