"Uzun müddətdir piratçılıqla mübarizə aparan ABŞ indi özü piratlara çevrilməməlidir"
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından tranzit üçün gəmilərdən pul almaq ideyasının “piratçılıq aktı” olduğunu bəyan edib. AYNA.AZ xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
O "Uzun müddətdir piratçılıqla mübarizə aparan ABŞ indi özü piratlara çevrilməməlidir" deyib.
Lula da Silvanın sözlərinə görə, Vaşinqtonun planları "qeyri-demokratikdir".
O qeyd edib ki, ABŞ hakimiyyəti "başqalarının bədbəxtliyindən qazanc əldə etməyə" çalışır.
Bundan əlavə, Braziliya lideri Hörmüz boğazının hərbi əməliyyatlar başlamazdan əvvəl gəmiçilik üçün açıq olduğunu xatırladıb. O əlavə edib ki, "hərbi əməliyyatlar ərzaq qiymətlərinə təsir göstərir”.