İbrahim Nəbioğlu yeni kitabının təqdimat mərasimi keçirilib
Bu gün “LIBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında İbrahim Nəbioğlunun “Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı və imza saatı keçirilib.
AYNA.AZ xəbər verir ki, mərasimdə AMEA-nın həqiqi üzvü, Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, SİTA-nın İstanbuldakı sabiq xüsusi müxbiri Azər Cahangirov və digər qonaqlar kitab haqqında fikirlərini bildiriblər.
Təqdimat mərasimində oxumağın insan həyatındakı yeri, yaddaş və unutmaq arasındakı qəribə, eyni zamanda düşündürücü münasibət barədə dəyərli mülahizələr səsləndirilib.