Paşinyan gələn ay Rusiyaya 3 dəfə səfər edəcək

Dünya

14.11.2026 - 15:27

“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıbn.

Paşinyan Rusiyaya dekabrın 3, 11 və 22-də səfər edəcəyini deyib.

“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, – Paşinyan bildirib.

Qeyd edək ki, dekabrın 11-də Moskvada Avrasiya İqtisadi İttifaqının hökumət başçıları səviyyəsində Hökumətlərarası Şuranın iclası keçiriləcək. Dekabrın 21-də isə Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş