Hörmüz boğazında tanker minaya düşüb

Dünya

14.11.2026 - 12:56

İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən gəmilərin təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib

Hörmüz boğazının şərq hissəsində hərbi dəniz minasına düşən tanker yanıb və hərəkətsiz qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 14-də boğazın məhdud və təhlükəli elan edilmiş ərazisində baş verib. İran tərəfinin iddiasına görə, tanker əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayıb, həmçinin izləmə və identifikasiya sistemlərini söndürüb.

İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən gəmilərin təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş