Ermənistanda vətəndaşlarla polislər arasında qarşıdurma - <font color=red> Xəsarət alanlar var</font>

Dünya

18.07.2019 - 06:20

Ermənistanın şimalındakı İcevan rayonunda etirazçılarla polis arasında baş vermiş qarşıdurmalarda 13 nəfər xəsarət alıb. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat yayıb.

 

Bildirilir ki, etirazçılar Gürcüstana gedən əsas avtomobil yolunu bağlayıblar. Onların tələbi ətraf meşələrdən odun toplamaq üçün icazənin verilməsidir. Hüquq-mühafizə orqanları yolu açmaq istəyərkən qarşıdurma olub. Etirazçılar polisə daş atıblar.

Müəllif: Ayna.az