“ABŞ müdafiə radar stansiyasına SEPAH Aerokosmik Qüvvələrinin altı dronu ilə hücum edilib"
İran Bəhreyndəki Əl-Rifa helikopter bazasındakı ABŞ hava hücumundan müdafiə radarına altı dron istifadə edərək hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın açıqlamasında deyilir: "ABŞ ordusunun açıq-aşkar təcavüzünə qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsində Bəhreyndəki Əl-Rifa helikopter bazasındakı ABŞ müdafiə radar stansiyasına SEPAH Aerokosmik Qüvvələrinin altı dronu ilə hücum edilib".