Yeni qaydalara əsasən, 14 yaşındakı şəxslə cinsi əlaqədə olan adamın yaşı 19-dan çox olmamalıdır
Belçika Krallığının Konstitusiyasına dəyişiklik edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, dəyişikliyə əsasən, cinsi əlaqəyə razılıq üçün yaş həddi (yetkinlik yaşı) 16-dan 14-ə endirilib.
Lakin yeni qaydalara əsasən, 14 yaşındakı şəxslə cinsi əlaqədə olan adamın yaşı 19-dan çox olmamalıdır. Yəni həmin şəxslər arasında maksimal 5 yaş fərq müəyyənləşdirilib. Bu yaş həddini keçənlər təcavüzə görə mühakimə olunacaqlar.
Dəyişikliyin Belçika Cinsi Sağlamlıq Mərkəzinin təklifi ilə edildiyi bildirilir. Lakin Mərkəzin bəzi nümayəndələri bu yaş həddinin doğru olmadığı qənaətindədirlər.
Qeyd edək ki, yeni düzəlişə əsasən, zorlama və cinsi ayrı-seçkiliyə görə də cəzalar sərtləşdirilib.