İran ABŞ hərbi obyektlərinə zərbələr endirib

Dünya

14.07.2026 - 12:39

İordaniyadakı ABŞ hərbi obyektlərinə zərbələr endirilib

İran İordaniyadakı ABŞ hərbi obyektlərinə zərbələr endirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında qeyd edilib.

SEPAH-ın bəyanatında iddia edilir ki, İran İslam Respublikasına hücumlar üçün istifadə edilən ABŞ-ın mühüm hərbi obyektlərinə və İordaniyadakı ABŞ hərbi bazasına ballistik raketlər atıb.

SEPAH Tehranın iordaniyalıları düşmən hesab etmədiyini vurğulayıb.

Bundan əvvəl ABŞ dəqiq idarə olunan sursatlardan istifadə edərək İrandakı hədəflərə beş saatlıq hücum həyata keçirib.

ABŞ Prezidenti Donald Tramp iyulun 13-də İranda hərbi əməliyyatların yenidən başlaması barədə Konqresə rəsmi olaraq məlumat verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş