Ermənistan Rusiyadan qırıcı təyyarələr alacaq

Dünya

04.11.2019 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın Rusiyadan adıçəkilən təyyarələrdən dörd ədədini satın aldığı da yazılmışdı

 

"Ermənistan Rusiyadan “Su-30 SM” tipli çoxməqsədli qırıcı təyyarələri bu ilin dekabr, yaxud gələn ilin yanvar ayında alacağını güman edir".

 

AYNA “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan jurnalistlərə bildirib.

 

Bundan əvvəl Ermənistanın Rusiyadan adıçəkilən təyyarələrdən dörd ədədini satın aldığı, yenə də almaq niyyətində olduğu KİV-də yazılmışdı.

 

Nazir, həmçinin Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının hərtərəfli modernləşdirildiyini, eyni zamanda bazada hərbçi sayının və ərazinin artırılmayacağını diqqətə çatdırıb.

Müəllif: Ayna.az