“Hraparak”: Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən getməyə hazırlaşır

Dünya

12.11.2026 - 13:58

“Arsenyanın yaxın dostlarından öyrəndik ki, o, artıq əşyalarını yığır”

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan tezliklə vəzifəsindən və Moskvadan ayrılmağa hazırlaşır. AYNA.AZ xəbər verir ki, bu iddia ilə Ermənistanın "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, "Arsenyanın yaxın dostlarından öyrəndik ki, o, artıq əşyalarını yığır, bu, böyük bir "cehizdir". Çünki o hətta bahalı “Bentley” avtomobili ilə Moskvaya gedib və indi hamısını Ermənistana qaytarmalıdır".

Ermənistan hökumətinin 2026-cı ilin yayında Arsenyanı əvəz etmək qərarına gəldiyi bildirilir, lakin diplomat yeni səfirin təyinatı gecikdiyinə görə səfir vəzifəsini davam etdirib.

Jurnalistlərin məlumatına görə, Ermənistan diplomatik missiyasının rəhbəri vəzifəsində çalışdığı müddətdə dövlət əmlakından az istifadə etdiyinə görə, özü ilə çoxlu sayda şəxsi əşyalar götürməli olacaq.

"Hraparak"ın məlumatına görə, respublika hakimiyyəti 2004-cü ildən 2010-cu ilə qədər Ermənistanın NATO -dakı nümayəndəsi vəzifəsində çalışmış 67 yaşlı Samvel Mkrtçyanı Moskvaya göndərmək qərarına gəlib. Nəşr yazıb ki, Mkrtçyan xarici işlər nazirinin müavini Robert Abisoqomyanın əmisi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş