Bakı, Sumqayıt və Abşeron üzrə iyul ayının pensiyaları ödənilib

Xəbərlər

14.07.2026 - 14:23

Digər bölgələri üzrə pensiyalar bu ay qrafik üzrə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. AYNA.AZ xəbər verir ki, bu barədə ƏƏSMN-dən bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyul ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş