Baş nazir Rumen Radev ölkənin Ukrayna ilə bağlı "könüllülər koalisiyasından" çıxdığını elan edib
Bolqarıstan artıq Ukrayna üzrə yaradılmış "könüllülər koalisiyası"nın bir hissəsi olmayacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev deyib.
"Könüllülər koalisiyası"nın əvvəlki iclaslarında iştirak edən Bolqarıstan 13 iyulda Parisdə keçirilən iclasda təmsil olunmayıb.
Radev bildirib: "Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən bir koalisiyada iştirak etmirik".
Bolqarıstanın Baş naziri vurğulayıb ki, Ukraynadakı münaqişənin həlli onun hərbi yolla uzadılmasında deyil, eskalasiyaya son qoyacaq qətiyyətli diplomatik missiyadadır.