On Avropa ölkəsi anti-ballistik raket koalisiyası yaradıb

Dünya

14.07.2026 - 09:07

“Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün güclü və kifayət qədər raketdən müdafiə imkanlarına ehtiyac var”

Ukrayna, Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç və Birləşmiş Krallıq rəsmi olaraq anti-ballistik raket koalisiyası yaratdıblar. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının saytında məlumat dərc edilib.

Birgə bəyanatda deyilir: "Biz inanırıq ki, Avropanın müdafiəsi gələcək raket təhdidlərinin qarşısını almağa və neytrallaşdırmağa qadir olan inteqrasiya olunmuş raketdən müdafiə arxitekturası şəklində qlobal həll yolu tələb edir".

Qeyd olunub ki, yeni raketdən müdafiə arxitekturası mövcud raketdən müdafiə sistemlərini, o cümlədən koalisiya üzvü ölkələri tərəfindən artıq əldə edilmiş və ya planlaşdırılan suveren Avropa həllərini tamamlayacaq. Bundan əlavə, koalisiyaya digər ölkələr də qoşula bilər.

Bəyanatda əlavə olunur: "Biz müvafiq maliyyələşdirmə imkanlarını araşdırmaq və məlumat və informasiya mübadiləsini asanlaşdırmaqla yanaşı, flaqman layihə çərçivəsində birgə tədqiqat və inkişaf işlərini dəstəkləməyə çalışacağıq".

Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında koalisiyanın yaradılması ilə bağlı şərh verib. O Ukraynanı dəstəkləyən bütün tərəfdaşlara təşəkkür edib.

“Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün güclü və kifayət qədər raketdən müdafiə imkanlarına ehtiyac var. Onlar Rusiya hərbi iqtisadiyyatına zərbələr endirməkdən və ya cəbhə xəttindəki aktiv əməliyyatlardan heç də az əhəmiyyətli deyil. Ukraynanın Rusiya ballistik raketlərini vurmaq üçün nə qədər çox vasitəsi varsa, Putinin danışıqlar masasına oturma ehtimalı bir o qədər yüksəkdir. Çünki onun bu müharibədəki son arqumenti artıq işə yaramayacaq”, - deyə Prezident yazıb.

Zelenski qeyd edib ki, birgə sistem üzərində iş mövcud sistemləri əvəz etməyəcək, əksinə, müdafiəni tamamlayacaq və bütün Avropa üzərində etibarlı bir qalxan yaradacaq.

Ukrayna da daxil olmaqla, on Avropa dövləti 13 iyulda Parisdə keçirilən təsis iclasından sonra inteqrasiya olunmuş raketdən müdafiə koalisiyasının yaradıldığını elan edib. Bu koalisiya Avropanın raketdən müdafiə imkanlarını inkişaf etdirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş