Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammiti iki gün davam edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı “Böyük iyirmilik” (G-20) sammitində bir sıra görüşlər keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan ilk olaraq Fransa Prezidenti Emmanuel Makronla görüşüb. 1 saat davam edən görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Bərat Albayraq, Milli Müdafiə naziri Hulusi Akar və Prezidentin müşaviri İbrahim Qalın da iştirak edib.
Daha sonra ölkə Prezidenti İspaniyanın Baş Naziri Pedro Sançezi qəbul edib. Yarım saat davam edən edən görüşdə Türkiyə və İspaniya heyətlərindən yüksək vəzifəli şəxslər də iştirak ediblər.
Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammiti iki gün davam edəcək. Dünyanın qabaqcıl ölkələrinin rəhbərləri sammitdə iştirak edirlər.