Donald Tramp: "İran görüşmək istəyir"
ABŞ prezidenti Donald Tramp, İranın ABŞ ilə danışıqlar aparmaq istədiyini söyləyib.
AYNA "Report"a istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.
"İran görüşmək istəyir", - deyə o, bildirib və məsələnin təfərrüatları barədə məlumat verməyib.
Bundan əvvəl, Tramp, İran rəhbərliyi ilə, o cümlədən ayın sonunda Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın iclasında görüşməyə hazır olduğunu bildirib, lakin bu günə qədər Ağ Ev belə bir görüşün planlaşdırılmadığını bildirib.