18 nəfər yaralanıb: xəsarət alanlardan 4 nəfəri polis əməkdaşıdır
Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfəri zamanı qaldığı otelin yaxınlığında partlayışlar baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Təhlükəsizlik mənbəsi agentliyə bildirib ki, "Suriyanın paytaxtı Dəməşqdə Makronun qaldığı otel yaxınlığında partlayışlar baş verib. Partlayışdan sonra yollar bağlanıb və təhlükəsizlik tədbirləri görülüb".
Şahidlərin sözlərinə görə, hadisə yerində partlayış səsləri eşidilib, daha sonra tüstü qalxmağa başlayıb.
Makronun ofisindən bildirilib ki, o Suriya lideri Əhməd əl-Şaraa ilə görüşə gedərkən partlayış səslərini eşitməyib.
Məlumata görə, otelin yaxınlığında baş verən iki partlayış nəticəsində 18 nəfər yaralanıb. Xəsarət alanlardan 4 nəfəri polis əməkdaşıdır.