“Həlak olanların ailələrinə ödəniləcək məbləğ az da olsa, onlara təsəlli ola biləcəyini güman edirəm”
“Boeing” şirkəti “737 Max” təyyarələrində baş vermiş qəzalarda həlak olan sərnişinlərin ailələrinə 100 milyon dollar məbləğində kompensasiya təklif edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Denis Muilenburq açıqlama verib.
“Həlak olanların ailələrinə ödəniləcək məbləğ az da olsa, onlara təsəlli ola biləcəyini güman edirəm” – o bildirib.
Bununla yanaşı, şirkət rəhbəri vurğulayıb ki, ödənişlər zərərçəkmişlərin yaxınlarına ödənilməyəcək: “Vəsaitlət həmin insanların yaşadıqları bölgələrdəki infrastrukturun, sosial həyatın yaxşılaşdırılması üçün lazımi qurumlara hissə-hissə ödəniləcək”.
Ayna.az
Pin up casino Pin-up casino giriş