NATO təyyarələri mülki əhalini bombalayıb

Dünya

26.08.2019 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb

 

NATO qırıcıları Əfqanıstanın Loqar şəhərində bəzi məntəqələrə hava zərbələri endirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

 

Loqar şəhərinin meri jurnalistlərə verdiyi açıqlamada, hava əməliyyatının “Taliban”a qarşı təşkil olunduğunu bildirsə də, Əfqanıstanın eks-prezidenti Həmid Kərzayi baş verənlərə etirazını bildirib. O, NATO-dan hərbi əməliyyatları dərhal dayandırmasını tələb edib.

 

Hələlik NATO-da baş verənlərə dair heç bir açıqlama verilməyib.

Müəllif: Ayna.az