Nüfuzlu restoranlar şəbəkəsinin rəhbəri məhəbbət macərasının qurbanı oldu

Dünya

04.11.2019 - 13:57

Belə münasibət nüfuzlu şirkətin siyasətinə və imicinə uyğun gəlmir

 

“McDonald's” restoranlar şəbəkəsinin prezidenti Stiv İsterbruk vəzifəsindən gedib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, restoran rəhbərinin getmə səbəbi onun öz işçilərindən biri ilə məhəbbət macərası yaşaması xəbəri olub.

 

Belə münasibət nüfuzlu şirkətin siyasətinə və imicinə uyğun gəlmir.

 

Məlumatda bildirilir ki, S.İsterbrukun yerinə Kris Kempzinski adlı şəxs gəlib.

 

İşindən olan 52 yaşlı İsterbruk öz növbəsində etdiyi hərəkəti etiraf edərək deyib: “Bu, bir səhv idi.”

 

Məlumat üçün deyək ki, dünyanın nüfuzlu “fast-food” qida üzrə restoranlar şəbəkəsinin yeni icraçı direktoru Kris Kempzinski hazırda ABŞ-da olan 14 min “McDonald's” restoranına rəhbərlik edir, həm də Çikaqoda yerləşən baş ofisin prezidentidir.

 

Xatırladaq ki, 1940-cı ildən fəaliyyətə başlayan “McDonald's” baş ofisi hazırda Çikaqodadır. Şirkətin dünyanın 100-dən çox ölkəsində, ümumilikdə 38 min restoranı var.

Müəllif: Ayna.az