Makron bomba təhdidləri ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Dünya

13.11.2026 - 09:08

"Bu çağırışların arxasında hər hansı bir xarici güc olduğunu iddia edə bilmərik"

Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə artan bomba təhdidlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident Avropa Siyasi Birliyinin Dublindəki sammitinə gəlişi zamanı deyib.

"Yaxın günlərdə bu məsələyə həsr olunmuş Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəyəm", - deyə Fransa lideri bildirib.

Prezident bildirib: "Bu çağırışların arxasında hər hansı bir xarici güc olduğunu iddia edə bilmərik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş