Almaniyada aktyorlara qəribə qadağa

Dünya

05.11.2019 - 19:56

Qərarın qəbul edilməsinə səbəb isə aktyorların şəkil qarşılığında turistlərdən pul istəməsi olub

 

Almaniyada “Soyuq müharibə” dövründə əsas keçid qapılarından sayılan Çarli keçid məntəqəsi ilə bağlı qərar qüvvəyə minib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, qərara görə, simvolik xarakter daşıyan keçid məntəqəsində dayanan aktyorlara turistlərlə şəkil çəkdirmək qadağan edilib.

 

Qərarın qəbul edilməsinə səbəb isə aktyorların şəkil qarşılığında turistlərdən pul istəməsi olub.

 

Qeyd edək ki, Çarli keçid məntəqəsi 1961-ci ildən 1990-cı ilə qədər İttifaq qoşunlarının, diplomatların və əcnəblərin keçməsi üçün istifadə olunub.

Müəllif: Ayna.az