Avropa İttifaqına inam son 5 ildə ən yüksək səviyyəyə çatıb

Dünya

07.08.2019 - 17:25

Həkimlər Klinikalar SEO Xidməti

Avropalıların 55%-i son 15 ildəki mövcud demokratiyadan yüksək səviyyədə razı qalıblar

 

Avropa İttifaqı vətəndaşlarının 61%-i birliyin gələcəyinə ümidli olduqlarını bildiriblər.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ictimai sorğu nəticəsində Aİ-yə inananların 44%-lə 2014-ci ildən bəri ən yüksək səviyyədə olduğu təsdiqlənib.

 

Bu rəqəmin yerli hökumətlərə və parlamentlərə olan etibardan, təxminən 10% yüksək olması da diqqətləri cəlb edib.

 

Avropa Komissiyasının sorğusuna görə, avropalıların 55%-i son 15 ildəki mövcud demokratiyadan yüksək səviyyədə razı qalıblar.

Müəllif: Ayna.az