Yaponiyada 5,6 bal gücündə zəlzələ olub

Dünya

07.11.2026 - 20:56

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib

Yaponiyanın Honsyu adasında, Tokio yaxınlığında yerləşən İbaraki prefekturasının sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidmətinin funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Tokionun mərkəzində də hiss olunub.

Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş