TRIPP-lə bağlı üçtərəfli texniki qrup yaradılıb

Aktual

07.11.2026 - 17:35

ABŞ, Ermənistan və Azərbaycan TRIPP-i inkişaf etdirmək üçün üçtərəfli texniki qrup yaradıblar

ABŞ, Ermənistan və Azərbaycan Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) inkişaf etdirmək üçün üçtərəfli texniki qrup yaradıblar. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin veb saytında məlumat yerləşdirilib.

Qrup ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Vahan Kostanyan və Elnur Məmmədov tərəfindən yaradılıb.

Qrupa üç ölkənin siyasi nümayəndələri və texniki mütəxəssisləri daxil olacaq. Qrupun məqsədi uzunmüddətli sabitliyi, iqtisadi fəaliyyəti, regional əlaqəni və kommersiya rifahını gücləndirmək üçün birgə işləməkdir.

Tərəflər həmçinin daha iki qrup - nəqliyyat və elektrik enerjisi üzrə qrup yaratmaq barədə razılığa gəliblər. Bu qruplar mürəkkəb texniki məsələlərin həllinə və layihənin növbəti mərhələlərinə, o cümlədən digər regional infrastrukturla inteqrasiyaya hazırlığa diqqət yetirəcəklər.

İştirakçılar marşrutun mümkün qədər tez həyata keçirilməsinə başlamaq niyyətlərini təsdiqləyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş